UEFA Qvardiolanı cəzalandıra bilər
UEFA "Bavariya"nın baş məşqçisi Pep Qvardiolaya cəza tətbiq
edə bilər.

Buna təcrübəli mütəxəssisin "Portu"ya qarşı Çempionlar Liqasında keçirilən cavab qarşılaşması öncəsi təşkil edilən mətbuat konfransında "Topo üçün ədalət" yazılı köynək geyinməsi səbəb olub. Jurnalist Xorxe El Topo Lopez "DÇ-2014" üçün Braziliyada olduğu zaman avtomobil qəzasında vəfat edib. Ancaq sonradan onun öldürüldüyü iddia edilib. UEFA İntizam Komitəsi idman tədbirini başqa məqsədlə istifadə etdiyi üçün P.Qvardiola haqda araşdırmaya başlayıb. Qeyd edək ki, "Barselona"nın futbolçusu Lionel Messinin də yaxın dostu olan Xorxo El Topo Lopez üçün bir çox məşqçi və futbolçu mesajlar yazıb.

Xəbər 291 dəfə oxundu.