ABŞ-da polis etirazçılara atəş açıb-1 yaralı
ABŞ-ın Ferqyuson şəhərində polis zorakılığına qarşı keçirilmiş etiraz aksiyalarında bir nəfər güllə yarası alıb.
TASS agentliyinin verdiyi məlumata görə, nümayişçilər aksiyalar zamanı polis əməkdaşlarına daş atıblar. Bu zaman güllə səsləri eşidilib. Bir nəfər ayağından yaralanaraq xəstəxanaya çatdırılıb. Onun kimliyi və aldığı yaranın dərəcəsi barədə məlumat verilmir.
Polis araşdırmaya başlayıb.
Tural

Xəbər 276 dəfə oxundu.