26 yaşlı qadın intihara cəhd edib
Balakəndə 26 yaşlı qadın intihara cəhd edib.
Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Qazbinə kənd sakini, 1989-cu il təvəllüdlü Esmira İsmət qızı Piriyeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 26 yaşlı Esmira Piriyeva intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib. Esmira Piriyevanın vəziyyəti ağır olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinəsi və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Məlumatda bildirilir ki, Esmira Piriyeva evlidir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Xəbər 445 dəfə oxundu.