Baba avtomobili dərəyə aşırdı
Şamaxı rayonunda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
APA-nın xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun 131-ci kilometrliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb.
Şamaxı rayonu Şirvan kənd sakini, 1954-cü il təvəllüdlü Səfərov Əlibəy Müzəffər oğlu 10-CE-292 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşında idarəetməni itirib və avtomobil yoldan çıxaraq, dərəyə aşıb.
Hadisə zamanı avtomobildə olan, 1999-cu il təvəllüdlü Rəşidov Orxan Arif oğlu aldığı bədən xəsarətindən ölüb, 1995-ci il təvəllüdlü Sadıqova Xonça Rasim qızı, 1994-cü il təvəllüdlü Rəşidova Balaqız Əsəd qızı və sürücü Əlibəy Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Ölən sərnişin sürücünün nəvəsidir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Xəbər 628 dəfə oxundu.