İrəvanda əsgər analarının etiraz aksiyası keçirilib
Bu gün Ermənistan Prezident Administrasiyasının qarşısında əsgər analarının etiraz aksiyası keçirilib.
“Epress.am” saytının verdiyi məlumata görə, aksiyada “Hər bir əsgər mənim oğlumdur!", "Qətllərin ədalətli araşdırılmasını tələb edirik!", "Əsgəri qorumaq lazımdır!", "Ordu – ətçəkən!" şüarları səsləndirilib.
Aksiya iştirakçıları əsgər analarına qarşı zorakılıq etmiş polis əməkdaşlarını da ittiham ediblər. Nümayişçilər Ermənistanın müvafiq strukturlarını həmin polisləri məsuliyyətə cəlb etməyə çağırıblar. Bu məqsədlə imzatoplama kampaniyasına başlanılıb.
Tural

Xəbər 281 dəfə oxundu.