Xaçmazda yeni aşkar olunmuş abidələr dövlət qeydiyyatına alınıb
Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq Xaçmaz rayonu ərazisində yeni aşkar edilmiş 10 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.
Rayon mədəniyyət və turizm şöbəsindən bildirilib ki, bunlar əsasən arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş, müasir dövrümüzdə tikilmiş və memarlıq üslubuna, plan həllinə görə fərqlənən, əvvəlki qeydiyyata alma zamanı nəzərə alınmamış obyektlərdir.
Rayon ərazisindəki tunc dövrünə aid Seyidlər kurqanı, orta əsrlərə aid Tel, Günəşli, Seyidli, Xuray, IX-XIII əsrlərə aid Yaquboba, XIII-XVI əsrlərə aid Salmanbulaq yaşayış yerləri, XIX əsrə aid Xaçmaz dəmiryol vağzalı, Böyük Vətən müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidə və ümummilli lider Heydər Əliyevin heykəli dövlət qeydiyyatına alınıb. Bununla da rayon ərazisindəki belə abidələrin sayı 72-yə çatıb.

Xəbər 587 dəfə oxundu.