Voleybol yığmamız Avropa çempionatının finalına yüksəlib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının pay-off mərhələsi çərçivəsində səfərdə keçirdiyi cavab oyununda Slovakiya yığması ilə qarşılaşıb və rəqibinə 0:3 (26:24; 25:19; 25:18) hesabı ilə məğlub olub.
Bakıda keçirilən ilk görüşdə Azərbaycan komandası Slovakiya yığmasına 3:0 hesabı ilə qalib gəldiyi üçün “qızıl set”ə ehtiyac duyulub. “Qızıl set”də rəqibindən 15:6 üstün olan komandamız Avropa çempionatının finalına yüksəlib. Azərbaycan millisinin də qatılacağı yarışda mübarizə aparacaq 16 komandanın yer alacağı qruplar bəllidi. Pley-off mərhələsində Slovakiyanı “qızı set”də məğlub edən Azərbaycan yığması B qrupunda mübarizə aparacaq. Antverpendə çıxış edəcək komandamız Belçika, Türkiyə və Macarıstanla qüvvəsini sınayacaq. Aleksandr Çervyakovun yetirmələri ilk matçını sentyabrın 26-da Türkiyəyə qarşı keçirəcək. Ertəsi gün Belçikanı sınağa çəkəcək komandamız ayın 28-dəki son turda Macarıstanla üz-üzə gələcək.
A qrupu
Apeldorn (Hollandiya): Hollandiya (ev sahibi), İtaliya (AVRO-2013-dəki nəticəsinə əsasən), Polşa (seçmə mərhələdə qrup qalibi), Sloveniya (pley-offun qalibi)
B qrupu
Antverpen (Belçika): Belçika (ev sahibi), Türkiyə (seçmə mərhələdə qrup qalibi), Macarıstan (seçmə mərhələdə qrup qalibi), Azərbaycan (pley-offun qalibi)
C qrupu
Rotterdam (Hollandiya): Rusiya (son Avropa çempionu), Xorvatiya (AVRO-2013-dəki nəticəsinə əsasən), Bolqarıstan (seçmə mərhələdə qrup qalibi), Belarus (pley-offun qalibi)
D qrupu
Eindhoven (Hollandiya): Serbiya, Almaniya (hər ikisi AVRO-2013-dəki nəticəsinə əsasən), Rumıniya, Çexiya (hər ikisi seçmə mərhələdə qrup qalibi)

Xəbər 295 dəfə oxundu.