Yenə ABŞ, yenə silahlı insident
Nyu-Yorkda naməlum şəxsin açdığı atəş nəticəsində 4 nəfər xəsarət alıb.
TASS agentliyinin verdiyi məlumata görə, insident Manhettendə baş verib.
Naməlum şəxs əvvəl kafedə, sonra isə yaxınlıqdakı binanın həyətində atəş açaraq 3 kişi və 1 qadını yaralayıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı polis araşdırmalara başlayıb. Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.
Qeyd edək ki, bu ölkədə artıq heç bir səbəb olmadan ictimai yerlərdə insanlara atəş açılması adi hal alıb. Bunun əsas səbəblərindən biri kimi qanunsuz silah daşımanın, silah satışının ABŞ-da adi hala çevrilməsini göstərirlər. Görünür bu səbəbdəndir ki, hər ay ölkədə bir neçə belə ağır mənzərə yaranır. Silahlı insidentlər və insidentlərin günahsız qurbanlarının bu il xüsusilə çoxalması ABŞ mətbuatını da narahat etməyə başlayıb. Rusiya mətbuatının məlumatına görə ABŞ KİV-I tez-tez bu məsələni gündəmə gətirərək yazır ki, son illərdə yaranmış acı mənzərəyə baxmayaraq hələ də bu ölkədə silah satışı leqal olaraq qalır.
Xatırladaq ki, son bir ayda bir neçə belə qalmaqallı silahlı incident yaşanıb. Bu faciələrdən biri ABŞ-ın Pensilvaniya ştatında olmuşdu. Naməlum silahlı küçədən keçənlərə atəş açaraq 7 nəfəri yaralayıb.
NBC telekanalın verdiyi xəbərə görə, yaralananlar arasında 3 və 11 yaşlı qız, 9 yaşlı oğlan uşaqları da olub.
Bundan başqa iyun ayının 20-də Filadelfiya şəhərində 10 nəfərin yaralanması ilə nəticələnən analoji hadisə baş vermişdi.
Bu günlərdə ağdərili birinin qaradərililərin toplaşdığı kilsəyə silahlı hücumu və xeyli sayda ölənlərin olması isə hələ uzun müddət danışılacaq!
Tural

Xəbər 356 dəfə oxundu.