50-yə yaxın erməni fəal həbs edilib
İrəvanda etiraz aksiyasının dağıdılması zamanı 40-50 fəal həbs edilib. “RİA Novosti”nin verdiyi məlumata əsasən, bunu etirazçılardan biri Maksim Sarqsyan deyib.
O, ən azı 40-50 nəfərin saxlanıldığını, ancaq onların sayları barədə dəqiq məlumatı olmadığını qeyd edib: “İndi onların hara aparıldığını dəqiqləşdiririk. Bundan sonra gələcək fəaliyyətimizlə bağlı qərar verəcəyik”.
Hazırda Baqramyan prospektində hərəkət bərpa olunub, səkilər əvvəlki kimi polis əməkdaşlarının nəzarəti altındadır.
Tural

Xəbər 375 dəfə oxundu.