Paytaxt Gənclərinin Peşə və Yaradıcılıq Festivalı layihəsi həyata keçirilib
Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Paytaxt Gənclərinin Peşə və Yaradıcılıq Festivalı layihəsi həyata keçirilib. Layihə Yasamal rayon gənclərinin iştirakı ilə Bakı Dövlət Universitetinin akt zalında baş tutub. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Tural Sərdarov layihə haqqında iştirakçılara və qonaqlara geniş məlumat verib. O bildirib ki, bu layihə ilə paytaxtın müxtəlif rayonlarında yaşayan bir çox gənclərin potensialları üzə çıxarılacaq, onların öz güvəni daha da möhkəmləndiriləcək. Daha sonra Yeni Nəsil Gəncləri İctimai Birliyinin sədri Asif Səlimov nitqini Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısını yada salmaqla başlayıb. Asif Səlimov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaranmasını, Gənclər və İdman Nazirliyinin operativ fəaliyyətini, Azərbaycanda gənclər sektorunda çalışan gənclər təşkilatlarına dövlət tərəfindən diqqətin olmasını birmənalı olaraq Prezident İlham Əliyevin adı ilə bağlayıb. Daha sonra Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqının sədr müavinləri Şahin Şərifov və Azər Hüseynli çıxış ediblər. Şahin Şərifov layihənin vacibliyini vurğulayıb və layihənin davamının regionlarda da vacibliyini bildirib. Layihə iştirakçıları da çıxış edərək tədbir haqqında fikirlərini səsləndiriblər.
Tural

Xəbər 323 dəfə oxundu.