AMEA institutlarının yarıdan çoxunda magistraturaya qəbulun aparılması nəzərdə tutulur
2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının yarıdan çoxunda magistraturaya qəbulun aparılması nəzərdə tutulur.
Bu haqda AMEA-da "Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfransda akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib. Onun sözlərinə görə, 2015-ci ildə ilk dəfə akademiyada magistraturaya qəbul aparılıb: "Bildirmək istəyirəm ki, 7 institutda 7 ixtisas üzrə magistraturaya qəbul aparılıb. Amma gələn ildən qəbul aparılan institutların və ixtisasların sayı artırmağı düşünürük. Gələn ildən AMEA institutlarının yarısından çoxunda, sonrakı illərdə isə hamısında magistraturaya qəbul aparılmağı planlaşdırırıq".

Nigar

Xəbər 311 dəfə oxundu.