Çörək sexi kül oldu
Gəncədə çörək sexi yanıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, səhər saat 10 radələrində Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinə şəhərin Gülüstan qəsəbəsində fəlaiyyət göstərən çörək sexində yanğın baş verməsi ilə bağlı çağırış daxil olub.
Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin 3, Göygöl yanğından mühafizə hissəsinin 1 avtomobili və xeyli canlı qüvvəsi cəlb edilib. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Rahib Nadirov bildirib ki, 42 yaşlı sahibkar Əsədov Canpolad Cavanşir oğluna məxsus 450 kvadratmetrlik çörək sexinin 300 kvadratmetri yanaraq yararsız hala düşüb. Yanğınsöndürən briqadasının müdaxiləsindən sonra tikilinin 150 kvadrat metri yanğından mühafizə olunub və alovun yaxınlıqda yerləşən mebel mağazasına keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Milli.Az

Xəbər 407 dəfə oxundu.