Gənc əsgərlər hərbi and qəbul ediblər
Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlər hərbi and qəbul ediblər.
DSX-nin rəisi, general-polkovnikElçin Quliyevin təbriki şəxsi heyətə və gənc əsgərlərin mərasimdə iştirak edən valideynlərinə, doğmalarına çatdırılıb.
DSX-in rəis müavini, general-mayor İlham Mehdiyev sərhədçilər önündə çıxış edərək, Heydər Əliyevin müəyyənləşdirdiyi sərhəd strategiyasından və bu strategiyanın bu gün də Ali Baş Komandan İlham Əliyev tərəfindən müvəffəqiyyətlə yerinə yetirilməsindən, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi qorumağın şərəfli məsuliyyətindən danışıb.
Tədbir gənc əsgərlərin təntənəli yürüşü və hərbi vətənpərvərlik mahnısı ifa etməklə yekunlaşıb.

Fuad

Xəbər 1181 dəfə oxundu.