ABŞ “İŞİD”-ə qarşı ilk pilotlu hava hücumu həyata keçirib
ABŞ Hərbi-Hava Qüvvələri Türkiyədəki “İncirlik” hərbi bazasından Suriyadakı “İŞİD” silahlılarına qarşı ilk pilotlu hava hücumu həyata keçirib. “Reuters” agentliyinin məlumatına, bu barədə Pentaqonun nümayəndəsi bildirib.
Bundan əvvəl ABŞ “İncirlik”ə altı “F-16” qırıcısının göndərdiyini bəyan etmişdi.
Qeyd edək ki, bu günədək ABŞ “İncirlik”dən “İŞİD”-ə qarşı yalnız pilotsuz hərbi təyyarələrdən istifadə edirdi.

Fuad

Xəbər 227 dəfə oxundu.