Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edəcək
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsən rayonunda Gəncə şəhər, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayon sakinlərini qəbul edəcək.
Qəbul saat 10:00-da Daşkəsən rayon dövlət arxivinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı,1) keçiriləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Asif Əliyev
Mob: (055) 851-89-87

Xəbər 324 dəfə oxundu.