Qafqaz Universiteti Texnoparkının ilk məzunları
Qafqaz Universiteti Texnoparkı təsis olunduqdan sonra qısa zamanda işini genişləndirərək, geniş bir fəaliyyətə imza atıb.
Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə 30 yanvar - 03 fevral 2013-ci il tarixlərində həyata keçirilən “Təşəbbüskarlıq” seminarları uğurla başa çatıb. Bu barədə universitetdən bildirilib. Seminarın müdavimləri sertifikatlarla təltif olunublar. Qafqaz Universiteti Texnoparkının ilk müdavimləri tədris işçiləri ilə yanaşı, dövlət sektorunda fəaliyyət göstərən gənclər, eləcə də özəl sektorda fəaliyyət göstərən sahibkarlardan ibarət fərqli sahələrin nümayəndələri olublar.
Xatırladaq ki, seminarlar ODT Texnoparkının vitse-prezidenti, məşhur təlimçi dr. Ufuk Batumun təqdimatında həyata keçirilib.
İLKIN

Xəbər 355 dəfə oxundu.