İstintaq Almaniyada qaçqın düşərgəsində yanğının qəsdən törədilməsini araşdırır
Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi faktı ilə bağlı araşdırma qəsdən yanğın törətmə ehtimalı üzərində aparılır. Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyi məlumat yayıb.
Səfirliyin Oberpfalts Baş Polis İdarəsindən əldə etdiyi məlumata görə, 40 nəfərdən ibarət xüsusi istintaq qrupu məsələnin araşdırılmasını həyata keçirir: "Amma hələ ki, şübhəli şəxs qismində heç kəs aşkar olunmayıb. Hal-hazırda şahidlərin dindirilməsi davam etdirilir".
Qeyd edək ki, avqustun 21-də Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi baş verib. Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi AFR-in hüquq-mühafizə orqanları ilə müntəzəm əlaqə saxlayaraq, hadisənin araşdırılmasını diqqətdə saxlayır.
Tural

Xəbər 255 dəfə oxundu.