Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclası keçirilib
Rusiya paytaxtında Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi Şurasının iclası keçirilib. “Prezident Hotel”də keçirilən iclasda konqresin prezidenti Məmmədbağır Əliyev və konqresin Rəyasət Heyətinin üzvləri - Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Sankt-Peterburqdakı baş konsul Qüdsi Osmanov, «İTAR-TASS» agentliyinin baş direktorunun müavini Mixail Qusman və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Toplantını giriş sözü ilə açan ÜAK prezidenti M.Əliyev konqresin Rəyasət Heyətinin iclasının keçirildiyini və növbədənkənar qurultayın keçirilməsini müzakirə etdiklərini söyləyib: “Fikirlər müxtəlif oldu. Müxtəlif mövqelər səsləndi. Qərara gəldik ki, növbədənkənar qurultay keçirək. Qurultayın vaxtı yaxın vaxtlarda müəyyənləşəcək. Qurultayda nizamnaməyə dəyişikliklər olacaq". Daha sonra ÜAK İcra Aparatının rəhbəri Nemət Nağdəliyev hesabatla çıxış edib. O, sonuncu qurultaydan bu günə qədər konqresin gördüyü işlərdən danışıb.

Xəbər 370 dəfə oxundu.