“Azəryol” millinin daha bir üzvü ilə müqaviləni yeniləyib
Bakının qadınlardan ibarət “Azəryol” voleybol komandası Azərbaycan millisinin daha bir üzvü ilə müqaviləni yeniləyib. Bakı klubu gənclər yığmamızın 17 yaşlı liberosu Leyla Parşkovanı komandada saxlayıb.
Ötən ildən “Azəryol”a keçən voleybolçu ilə 2015/2016-cı il mövsümü üçün razılıq əldə olunub. Qeyd edək ki, bununla “Azəryol”dakı voleybolçuların sayı 13-ə çatıb. Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında mübarizə aparacaq komanda daha əvvəl Aynur Kərimova, Şəfaqət Həbibova, Yuliya Kərimova, Yelena Parxomenko, Yekaterina Jidkova (hamısı Azərbaycan), Anna Stepanyuk (Ukrayna), Stefani Niemer, Janell Saykes, Loren Vayt (hər üçü ABŞ), Kinqa Kasprjak (Polşa), Malika Kanzonq (Tailand) və Marin Apitzlə (Almaniya) müqavilə imzalayıb.

Xəbər 250 dəfə oxundu.