Ağstafada səyyar kitabxanalar sakinlərdə böyük maraq doğurub
Ağstafa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən rayon sakinlərinin mədəni istirahəti üçün nəzərdə tutulan məkanlarda əhaliyə səyyar kitabxana xidməti təşkil olunur.Rayon icra hakimiyyətindən bildiriblər ki, xidmətin əsas məqsədi əhalinin istirahətinin daha maraqlı və mənalı keçməsindən, asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir. Artıq Ağstafa şəhərinin Heydər Əliyev və Səməd Vurğun adına mədəniyyət və istirahət parklarında təşkil olunan səyyar kitabxanalar sakinlər tərəfindən böyük maraqla qarşılanır. Əsasən milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, xalq ədəbiyyatımızı təbliğ edən kitablardan təşkil olunan səyyar kitabxana xidmətinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Tural

Xəbər 306 dəfə oxundu.