Seçkilərlə bağlı polislər üçün seminar-müşavirələr başladı
Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar genişmiqyaslı layihələr davam etdirilir. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən billdiriblər ki, sentyabrın 21-dən etibarən Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə seminar-müşavirələrə başlayır. Milli Məclisə seçkilər prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur. Seminar-müşavirələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin Milli Məclisə seçkilərin keçirilməsi və bu proseslərdə polisin rolu və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq. Seminar-müşavirələr sentyabrın 30-dək davam edəcək.

Nigar

Xəbər 214 dəfə oxundu.