“Yəmənin humanitar blokadasına son verməyin vaxtı çatıb”
“Tehran Yəmənə humanitar yardım göstərməyə və münaqişə tərəfləri arasında dialoqu dəstəkləməyə davam edəcək”.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdollahiyan bəyan edib.
“Hesab edirik ki, Yəmənin humanitar blokadasına son verməyin vaxtı çatıb. Rəsmi Tehran Yəmən xalqına yardım etmək üçün əlində olan bütün vasitələrdən istifadə edir. Tehran və Moskva BMT baş katibinin Yəmən üzrə nümayəndəsi İsmayıl Şeyxin səylərini dəstəkləyir. Eyni zamanda, biz Oman sultanlığında BMT-nin himayəsi ilə münaqişə tərəfləri arasında keçirilən danışıqları dəstəkləyirik”, - deyə o bildirib.
Abdollahiyan rəsmi Tehranın Yəmənə silah göndərməsi ilə bağlı ittihamları da təkzib edib. Bununla belə, o, terrorizmlə mübarizə məqsədilə iranlı hərbi məsləhətçilərin İraq və Suriyada yerləşdirildiyini qeyd edib. Diplomat bunun həmin ölkələrin xahişi əsasında gerçəkləşdirildiyini əlavə edib.
Tural

Xəbər 417 dəfə oxundu.