“Putin Obamanı «təqaüdə» göndərdi”
Rusiya prezidenti Vladimir Putinin BMT Baş Assambleyasındakı çıxışı dünyanın aparıcı KİV-lərində böyük rezonans doğurub. İtaliyanın «Il Giornale» nəşrində dərc edilmiş məqalə də bu çıxışla bağlıdır. Məqalədə deyilir ki, on illik fasilədən sonra Birləşmiş Millətlər təşkilatına dönən Vladimir Putin bir zərbə ilə üç qələbəyə nail oldu: “O, ilk olaraq amerikalı həmkarını «səcdə»yə gətirərək BMT Baş Assambleyasının diqqət məkəzində önəmli yer aldı. Putin, eyni zamanda Rusiyanın böyük gücə malik olduğunu bir daha nümayiş etdirdi.
Məqalə müəllifinin fikrincə, Putin Obamaya məğlub ola bilməzdi, çünki o həm də "kral" təsiri bağışlayırdı. Şahmat həvəskarları yaxşı bilir: təcrübəli şahmatçı rəqibini diqqətlə öyrəndikdən sonra uğurlu gedişlər edir. BMT Baş Assambleyasında iki prezident arasında üz-üzə keçirilən görüş ABŞ-ın ən pessimist proqnozlarını belə, ötüb keçdi.
BMT-də yeni «kral»a həsr olunmuş gurultulu alqışlardan sonra, Obama ancaq təqaüdə getmək barədə düşünməlidir». Bunları İtalya nəşri xüsusi olaraq qeyd edir:” Belə görünür ki, Rusiya prezidentinin strategiyası da sadə və effektlidir. Amerikalı həmkarından fərqli olaraq, o, «İŞİD»-lə mübarizənin konkret yollarını göstərir. Suriyada yaranmış vəziyyətin ancaq Bəşər Əsədi danışıqlar masasına oturtmaqla, diplomatik danışıqlar yolu ilə həll etməyə çağırış edir. Bütün bunlarla yanaşı, Putin Avropadakı miqrantların probleminin konstruktiv həllini də təklif edir. Bu, təbii ki, Obamanın təklif etdiyi köhnə şüarlardan- onun konsepsiyasından çox fərqlidir.
Obamanın Putinə qarşı hücumu da əsassızlığını ortaya qoydu. O, əvvəllər olduğu kimi, yenə də Suriyanı bombalamaqdan başqa, alternativ təklif irəli sürmədi. Ölkənin hazırkı rəhbərliyi ilə hər hansı bir strategiya və siyasəti barədə bir kəlmə belə danışmadı. Bu eynilə, amerikalıların bir müddət əvvəl Suriyada fəlakətlə yekunlaşan fəaliyyətlərinin oxşarıdır.
Qeyd edilməlidir ki, Assambleyada Putin iki "ölümcül zərbə»yə də imza atdı. Bunlardan birincisi, İran, İraq, Suriya və Rusiya arasında kəşfiyyat mübadiləsi haqqında saziş, digəri isə Rusiyanın ABŞ-ın iştirakı ilə Suriyadakı əlaqə qrupunun görüşünün keçirilməsi niyyətində olduğunu bəyan etməsidir. Təbii ki, Vaşinqtonun bu danışıqlarda iştirakı Obamanın əvvəlki- Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq planı ilə ziddiyyət təşkil edir”.
Ağasəf Babayev

Xəbər 408 dəfə oxundu.