ABŞ “İŞİD”in olduğu yerlər barədə məlumatları Rusiyaya verməyəcək
“ABŞ Suriya barədə kəşfiyyat məlumatlarını Rusiya ilə bölüşmək niyyətində deyil”.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin sözçüsü Conb Kirbi bildirib.
“ABŞ və Rusiya Suriyada ortaq şəkildə fəaliyyət göstərmir. Məqsədlər müxtəlif olduqda məlumat mübadiləsindən söhbət gedə bilməz”, deyə C.Kirbi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-a “İŞİD”in olduğu yerlər barədə məlumatları Rusiyaya verilməsini təklif etmişdi.
Tural

Xəbər 237 dəfə oxundu.