Bakıdan İstanbula yeni aviareys açılır
Mayın 3-dən etibarən «Türk Hava Yolları» aviaşirkəti İstanbulun Sabiha Gökçen aeroportundan Bakıya uçuşlara başlayacaq. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
«Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna uçuşlar hər həftənin III, V, VI və VII günləri saat 07:20-də yerinə yetiriləcək. Mayın 30-dan etibarən isə uçuşlar hər gün həyata keçiriləcək», - deyə hava limanından bildirilib.
Qeyd edək ki, hazırda «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakıdan İstanbulun Sabiha Gökçen aeroportuna həftənin bütün günləri (gündə iki dəfə - saat 07:50-də və 17:50-də) uçuşlar yerinə yetirir.

Xəbər 338 dəfə oxundu.