Sosial mədəni inteqrasiya və xüsusi təhsil mövzusunda beynəlxalq konfrans keçirilib
Rusiyanın Saratov vilayətində “Sosial-mədəni inteqrasiya və xüsusi təhsil” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu barədə məlumat verən Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova bildirib ki, Saratov Pedaqoji Dövlət Universiteti və Almaniyanın Təhsil və Elmi İnformasiya Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan konfransda xüsusi təhsil və sosial-mədəni inteqrasiya istiqamətində müzakirələr aparılıb, məruzələr dinlənilib: “Artıq ikinci xarici ölkədir ki, Azərbaycanı təmsil edirəm. İlk dəfə idi ki, Azərbaycan da bu konfransda təmsil olunurdu”. Qeyd edək ki, Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova həm də sözügedən universitetin loqopediya fakültəsinin magistrantıdır. 18 ölkənin nümayəndəsinin iştirak etdiyi konfrans zamanı Esmira Kazımova “Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onlar üçün nəzərdə tutulmuş mərkəzlər” mövzusunda məruzə ilə çıxış edib. Konfrans zamanı mərkəz rəhbərinə Saratov Dövlət Pedaqoji Universitetinin sertifikatı təqdim edilib.

Fuad

Xəbər 241 dəfə oxundu.