“Rusiya Suriyada təkbaşına hərəkət etməməlidir“
“Rusiya Suriya münaqişəsinin tənzimlənməsi üzrə geniş koalisiyanın bir hissəsi olmalıdır, bu strategiyanı təkbaşına yürütməməlidir”. Bu sözləri İtaliyanın baş naziri Mattero Renzi “Bloomberg”ə müsahibəsində deyib. O bildirib ki, Suriya münaqişəsi geniş beynəlxalq koalisiyanın formalaşmasını, Liviyanı da əhatə edəcək “Əfqanıstandan Nigeriyaya” ümumi strategiyasının yaradılmasını tələb edir: “Buna görə də mən hesab edirəm ki, Rusiyanın bu koalisiyaya cəlb olunması vacibdir. Rusiyanın təkbaşına bu strategiyanın başında qoymaq səhv olardı”.
Tural

Xəbər 231 dəfə oxundu.