Nurəddin Heydərova yeni vəzifə verilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Nurəddin Heydərova yeni vəzifə verilib.
N. Heydərov Təhsil Nazirliyiyanında Təhsilə İctimai Dəstək layihəsinin rəhbəri təyin olunub. N. Heydərov APA-ya yeni təyinatı ilə bağlı xəbəri təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi N. Heydərov öz ərizəsi ilə tutduğu vəzifədən gedib. Onun yerinə isə hələlik təyinat yoxdur


Xəbər 179 dəfə oxundu.