Şimal regionunda seçici fəallığı müşahidə olunur
Şimal regionundaki seçki məntəqələrində Milli Məclisə seçkilərə start verilib. Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarına yaşayan seçicilər 6 seçki dairəsinin tərkibindəki 367 məntəqədə səs verirlər. “Seçki-2015.az” saytı xəbər verir ki, bu regionda qeydə alınan seçicilərin sayı 278 min 72 nəfərdir. Onlardan 2 min 894 nəfəri ilk dəfə səs verən gənclərdir. Bu regionun ən yaşlı seçicisi isə Şabran rayonunun Şahnəzərli kəndinə yaşayan 109 yaşlı Kübra Qasımovadır. Şimal regionunda olan 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrindən bildirilib ki, məntəqələrdə səsvermənin ilk saatlarından seçici fəallığı müşahidə olunur. Şimal regionunda seçki prosesini 4 min 342 yerli və xarici müşahidəçi izləyir. Bununla yanaşı 62 məntəqədə veb kamera quraşdırılıb ki, bu da hər bir şəxsə səsverməni onlayn izləmək imkanı verir.

Xəbər 222 dəfə oxundu.