Prezident Administrasiyasında qəbula internetlə yazılmaq mümkündür
Prezident Administrasiyası vətəndaşların qəbulu ilə bağlı elektron informasiya resurslarının imkanlarından istifadəni genişləndirir. Son illər ərzində Azərbaycanın sürətli sosial iqtisadi inkişafı, yeni insan kapitalının innovativ mahiyyəti informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub.
Bütün bu uğurlar vətəndaşların həyat şəraitinin yaxşılaşmasına, onların rahatlığının təmin edilməsinə, coğrafi məsafənin böyüklüyünə baxmayaraq, heç bir yerdəyişmə etmədən, bir neçə dəqiqəyə tələb edilən məlumatları lazımi ünvana çatdırmağa xidmət edir. Azərbaycan Prezidentinin rəsmi saytında yaradılan yeni bölmə vətəndaşların qəbula yazılmaqla bağlı müraciətlərini asanlaşdırmaq məqsədi daşıyır. Əvvəllər, Prezident Administrasiyasının qəbul otağına birbaşa ərizə ilə müraciət edən vətəndaşlar, hazırda internet vasitəsilə qəbula yazıla bilərlər. Bunun üçün Azərbaycan Respublikası Prezidentinin rəsmi saytına daxil olub, elektron ərizə formasını doldurmaq kifayət edir. Qeyd etmək lazımdır ki, qəbula bir gün qalmış elektron qeydiyyat dayandırılır.

Xəbər 416 dəfə oxundu.