Əməyin təhlükəsizliyi ilə bağlı sahələrdə çalışan mütəxəssislərin peşəkarlığı artırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə uşaq əməyi, uşaq əməyinin monitorinqi və əmək müfəttişliyi üzrə bilik və bacarıqların artırılması məqsədilə keçirilən seminar başa çatıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib ki, beş gün davam edən seminar zamanı ölkəmizdə uşaq əməyi və əməyin təhlükəsizliyi ilə bağlı hüquqi bazanın mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi ilə yanaşı, bu sahələrdə çalışan mütəxəssislərin bilik və peşəkarlıq səviyyələrinin artırılması diqqətdə saxlanılıb. Bununla əlaqədar BƏT-lə əməkdaşlıq çərçivəsində müvafiq işlər aparılır və artıq yekunlaşmaqda olan bu seminar da həmin işlərin davamıdır. Seminarda Xidmətin və aidiyyəti qurumların, həmkarlar təşkilatlarının əməkdaşları iştirak ediblər. Beynəlxalq və yerli ekspertlər tərəfindən iştirakçılara uşaq əməyinin uğurlu təftiş sistemləri, bu sahədə beynəlxalq təcrübə, əmək müfəttişliyinin gücləndirilməsi, əməyin təhlükəsizliyi, peşə risklərinin qiymətləndirilməsi və s. mövzularla bağlı təlimlər keçirilib. İştirakçıların seminar zamanı qeyd edilən mövzularda əldə etdikləri bilik və bacarıqlar onların gələcək fəaliyyətlərinin daha səmərəli təşkilində faydalı olacaq. Sonra seminarın iştirakçılarına sertifikatlar təqdim olunub.


Qorqud






Xəbər 340 dəfə oxundu.