Taksi sürücülərinə qarşı cəza sanksiyaları sərtləşdirilə bilər
Taksi və şəxsi minik avtomobillərinin sürücülərinə qarşı cəzalar yenidən sərtləşdirilə bilər. Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, bu məsələ müvafiq strukturlarla müzakirə edilir və bir neçə təkliflər var.
Cəza sanksiyalarının, əsasən dayanacaqlarda qanunsuz olaraq dayanan taksi və digər minik avtomobillərinə qarşı tətbiqi nəzərdə tutulur. Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Bakı Şəhər Sərnişin Nəqliyyatı Departamentinin əməkdaşları, eyni zamanda, nazirliyin digər nümayəndələri bununla bağlı mütəmadi olaraq monitorinq aparırlar. Bununla bağlı sürücülərə dəfələrlə müraciət edilsə də, bu cür faktlar indi də qalır. Görünür ki, bununla bağlı cərimələri sərtləşdirməyə ehtiyac vardır. Avropa ölkələrində bu cür nöqsanlara yol verən taksi və şəxsi minik avtomobillərinin sürücülərinə qarşı sanksiyalar daha yüksəkdir. Hesab edirik ki, bizdə də sanksiyalar qaldırılsa, sürücülər bu cür nöqsanlara daha az yol verəcəklər.

Xəbər 352 dəfə oxundu.