Metroda Rəşid Behbudovun yubileyi ilə bağlı tədbirlər başlayıb
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycanın dünya şöhrətli böyük sənətkarı, SSRİ Xalq Artisti Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlərə başlayıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə Rəşid Behbudovun yubileyi ilə əlaqədar Bakının metro stansiyalarında dahi ifaçının əks olunduğu lövhələr yerləşdirilib. Lövhələr əsasən sərnişinlərin sıx olduğu stansiyalarda - “Sahil”, “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası” və “Neftçilər” metro stansiyalarında quraşdırılıb.
Tural

Xəbər 206 dəfə oxundu.