Simeone “Çelsi”yə keçməyə razılaşdı
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone gələn mövsümdən İngiltərədə çalışa bilər. İngiltərə mətbuatının məlumatına görə, argentinalı London klubunun maraq dairəsində olan mütəxəssislərdəndir.
Pep Qvardiolanın “Bavariya”nı “Mançester Siti”yə dəyişmə ehtimalının daha yüksək olduğunu nəzərə alan “zadəganlar”ın ikinci namizdi məhz Simeonedi. İngilislər bunun üçün hətta Madrid təmsilçisinə tələb olunan 20 milyon avroluq təzminat haqqını ödəməyə də hazırdır. Simeone özü də İngiltərəyə köçməyin əleyhinə deyil. Lakin 45 yaşlı çalışdırıcının bir şərti var: bütün transferlər öz istəyi ilə həyata keçiriləcək və texniki direktor Maykl Emenalo onun işinə qarışmayacaq. Qvardiolanın keçidi baş tutmasa, o zaman “Çelsi”nin Simeone ilə bu şərtlər altında anlaşması gözlənilir. Qeyd edək ki, Dieqo Simeonenin “Atletiko” ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

Xəbər 356 dəfə oxundu.