Niderlandda miqrantlara qarşı etiraz aksiyası keçirilib
Niderlandın Hes şəhərində miqrant mərkəzinin inşa edilməsinə qarşı etiraz aksiyası keçirilib.
TASS agentliyinin verdiyi məlumata görə, aksiya şəhər bələdiyyəsinin iclası ilə eyni vaxtda başlayıb.
Nümayişçilər əvvəl müxtəlif şüarlar səsləndirib, sonra isə iclas keçirilən binaya yumurta və fişənglər atıblar. Hadisə yerinə cəlb edilən polis nümayişçiləri dağıdıb, bələdiyyə əməkdaşları binadan təxliyə edilib. Saxlanılanlar barədə məlumat verilmir.
Şəhər rəhbərliyi Hesdə miqrantların qəbulu üçün 500 nəfərlik mərkəz tikmək niyyətindədir. Etirazçılar bunun çox olduğunu hesab edir. Qeyd edək ki, şəhərdə 28 min nəfər əhali yaşayır.
Tural

Xəbər 253 dəfə oxundu.