Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər.
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən bildirilib ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə - rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir.
Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının, eləcə də sərnişin vağzallarında istilik sisteminin normal işləməsi diqqətdə saxlanılır.
Şaxtalı hava şəraitinə baxmayaraq qrafikə əsasən, beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının mənzil başına vaxtında çatması təmin olunur.
Tural

Xəbər 210 dəfə oxundu.