“Sabahın alimləri” beşinci respublika müsabiqəsinin açılışı olub
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Sabahın alimləri” beşinci respublika müsabiqəsinin açılış mərasimi keçirilib.
AMEA, Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən birgə təşkil olunan müsabiqədə ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər iştirak edirlər.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək müsabiqə və onun əhəmiyyəti barədə danışıblar. Müsabiqə fevralın 13-də başa çatacaq. “Sabahın alimləri” respublika müsabiqəsi hər il ABŞ-da təşkil edilən İntel İSEF-İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Bu müsabiqədə ciddi elmi nəticə əldə etmiş şagirdlər münsiflər heyəti tərəfindən seçilərək İntel İSEF-də iştirak hüququ qazanırlar.

Xəbər 211 dəfə oxundu.