Elçin Quliyev Lənkəranda vətəndaşları qəbul edib
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunları Komandanı, general-polkovnik Elçin Quliyev fevralın 18-də Lənkəran Sərhəd Dəstəsində Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərini qəbul edib.
Qəbul zamanı DSX-də xidmətə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, sosial müavinətlərin verilməsi, tibbi yardımım göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli  və digər məsələlərlə bağlı E.Quliyevə müraciətlər olunub.
Vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyən DSX rəisi əksər məsələlərin yerindəcə həll olunması üçün tabeliyindəki strukturların rəhbərlərinə göstərişlərini verib.
DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. 
Tural

Xəbər 271 dəfə oxundu.