Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da gürcüstanlı həmkarı Mixail Canalidze ilə görüşüb.
Elmar Məmmədyarov deyib ki, Azərbaycan Gürcüstan ilə əlaqələrin bütün sahələrdə inkişafına böyük önəm verir. Qarşılıqlı səfərlər və aparılan danışıqlar, birgə həyata keçirilən irimiqyaslı layihələr ölkələrimizi daha da yaxınlaşdırır və münasibətlərimizin möhkəmlənməsinə xidmət edir.
Mixail Canalidze deyib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşlardır. Biz əlaqələrimizin bütün sahələrdə inkişafına böyük önəm veririk.
Söhbət zamanı bölgədə həyata keçirilən layihələr, regional təhlükəsizlik, ölkələrin ərazi bütövlüyü və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təhminə

Xəbər 204 dəfə oxundu.