Xaricdəki gənclərimizdən Xocalı harayı
Xocalı faciəsinə heç bir azərbaycanlı laqeyd qala bilmir. Erməni faşistlərinin törətdiyi qəddar cinayətlər hər birimizin ürəyində dərin iz qoyub. Hər bir xalqın öz bayramı və öz faciələri, sevincli və kədərli günləri var. Xocalı Azərbaycan xalqının tarixinə unutmağa haqqımız olmayan kədərli və faciəli bir gün kimi yazılıb. AİYA-nın (Azerbaijan İnternational Youth Alliance) aktiv tələbələri Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx ərsəyə gətiriblər. Videoçarxda Sankt-Peterburq üzrə Azərbaycan Gənclər birliyinin nümayəndəsi, AİYA-nın idarə heyətinin üzvü Zülfiqar İsmayilov tərəfindən hazırlanıb. Videoçarxda aşağıdakı ölkələr təqdim olunub: İtaliya, Fransa, Almaniya, Malayziya, ABŞ və İngiltərə.

Videoçarxı aşağıdakı linkdən izləmək mümkündür: https://m.youtube.com/watch?v=BGT0focqwxc

Fuad

Xəbər 919 dəfə oxundu.