Yoxsul Ukrayna torpaqlarını satışa çıxarır
Ukrayna baş naziri Arseniy Yasenyuk dövlət mülkiyyətində olan 1 milyon hektar torpağın satılması təklifi ilə çıxış edib. Ukrayna dövlət televiziyasının “Baş nazirlə 10 dəqiqə” proqramında çıxış edən Yasenyuk ölkənin hazırda korrupsiya dövriyyəsində olan 1 milyon hektar dövlət torpağının şəffaf hərracda satmağın vacibliyini bildirib.
Qeyd edək ki, "Nezavisimaya qazeta" Ukrayna prezidenti Petr Poroşenkonun ötən ilin dekabrında əkinçilik ərazilərinin özəlləşdirilməsi ilə bağlı moratoriumun 2017-ci ilin yanvarın 1-dək uzadılmasını təmin edən qanun imzalandığını xatırladır. Məsələnin maraqlı cəhətlərindən biri də budur ki, bu qanun Ali Radaya təqdim edilərkən, Nazirlər Kabineti bu qanunun əleyhdarı kimi çıxış edirdi. Baş nazir özü də “torpaq bazarında qanun layihəsi ilə bağlı mövqeyini geri götürdüyünü”etiraf etmişdi. Qeyd edək ki, Ukrayna torpaqlarına kimin umid edəcəyi də hələ şübhəlidir. Bu torpaqları təyinatı üzrə istifadə etmək üçün kim alacaq? Hazırda ölkədəki başqa sahələr kimi, kənd təsərrüfatı sahəsi də ağır vəziyyətdədir. Ölkədə aparıcı kənd təsərrüfatı şirkətlərinin əksəriyyəti müflis vəziyyətinə düşüb. Belə görünür ki, ən yaxşı halda Ukrayna torpaqları ölkə oliqarxlarının ibtidai səviyyədə alış-satış predmetinə çevrilə bilər.
Ağasəf Babayev


Xəbər 257 dəfə oxundu.