Azərbaycanın iştirakı ilə Avropa və Asiya arasında yeni nəqliyyat marşrutu yaradılır
Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstansa limanından keçməklə yükdaşımalarının inkişafı ilə bağlı dəyirmi masa keçirilir.
 “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin Baş direktoru Mamuka Baxtadze, “Moldova Dəmir Yolu” DB-nin Baş direktoru Yuri Topale və Rumıniya “CFR Marfa Sa”nın Baş direktoru Laurensiu Cerceskunun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edir.
İştirakçılar Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və  İran, eləcə də əks istiqamətdə yükdaşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparırlar.  Tədbir çərçivəsində memorandum imzalanacaq.
Üç gün davam edəcək dəyirmi masa iştirakçıları üçün şəhərin tarixi yerlərinə ekskursiya da təşkil ediləcək. 
Tural

Xəbər 201 dəfə oxundu.