“Forum gündəmdə olan məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir”
Azərbaycanda belə bir beynəlxalq səviyyəli forumun keçirilməsini Zimbabve ölkəsinin təmsilçisi olaraq yüksək qiymətləndirirəm. Bu forum dünya ölkələri nümayəndələrinin bir araya gəlməsi və gündəmdə olan qlobal məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir.Bu fikri AZƏRTAC-a müsahibəsində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunda iştirak edən Zimbabve Milli Gənclər Assosiasiyasının əməkdaşı Misheck Gondo deyib.“Mən Gənclər Forumunda şəxsən iştirak elədim. Burda müzakirələr zamanı bir çox məsələlər, o cümlədən gender bərabərliyi, münaqişələrin həllində gənclərin rolu barədə fikir mübadiləsi aparıldı. Hesab edirəm ki, cəmiyyətin bütün üzvləri uşaqlar və gələcək naminə çalışmalı, onlar üçün sülhün bərqərar olduğu sağlam gələcək qurmalıdırlar”, -deyə qonaq bildirib.

Xəbər 186 dəfə oxundu.