“Azərbaycan Avropa çempionatını yüksək səviyyədə təşkil edəcək”
“Püşkatma zamanı da Bakıda olmuşdum. Hələ o vaxt şahid oldum ki, Azərbaycan bu yarışa çox ciddi hazırlaşır. Təşkilatçıların işinin öhdəsindən gələcəyinə əminəm. Ölkəniz Avropa çempionatını yüksək səviyyədə təşkil edəcək”.
Bunu jurnalistlərə açıqlamasında Almaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Maykel Şönvayts deyib. 36 yaşlı mütəxəssis bildirib ki, Bakıda keçiriləcək Avropa çempionatında təşkilatçılığın yüksək səviyyədə olacağından əmindir: “Hazırda Bakıda olduğumuz üçün çox şadıq. Qarşıdakı Avropa çempionatı bizim üçün mühüm əhəmiyyət kəsb edir. Əlimizdən gələni edəcəyik ki, burada uğur qazanaq”. Qeyd edək ki, mayın 5-də start götürəcək Avropa çempionatında Almaniya millisi Avstriya, Ukrayna, Bosniya və Herseqovina yığmaları ilə birgə B qrupunda mübarizə aparacaq.

Xəbər 262 dəfə oxundu.