“Bakı Metropoliteni“ sökülmüş parkı yenidən bərpa edilib
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Bənövşəyi" xəttin tikintisi zamanı sökülmüş yaşıllığı bərpa edib.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, həmin ərazidə salınan park Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 64 ünvanında yerləşir: "Parkın ərazisi "Bənövşəyi xətt"in və metronun havalandırma şaxtalarının quraşdırılması ilə əlaqədar sökülmüşdü. Söküntü işləri ərazidə yaşayanların haqlı narazılığına səbəb olmuşdu. Tikinti işləri başa çatdıqdan və xətt istifadəyə verildikdən sonra park yenidən bərpa edilib. Ərazidə yenidən park salınıb, asfalt döşənib və uşaqların əylənməsi, istirahəti üçün müxtəlif atrraksionlar quraşdırılıb".
Park artıq sakinlərin istifadəsinə verilib.

Tural

Xəbər 161 dəfə oxundu.