“Rusiya Avropanın əsas enerji təchizatçısı olaraq qalacaq“
“Qara dəniz regionu üçün enerji təhlükəsizliyi həyati əhəmiyyət kəsb edir”. 
Bunu Rumıniyanın "Hotnews" agentliyinə müsahibəsində ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ABŞ dövlət katibinin enerji məsələləri üzrə xüsusi elçisi, Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin təsisçisi və direktoru Riçard Morninqstar deyib. 
Bu kontekstə sabiq səfir hesab edir ki, Yunanıstan-Bolqarıstan və Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya interkonnektorlarının tikintisi olduqca vacibdir. 
"Rusiya qəti şəkildə onun nəql etdiyi qaza alternativ olan layihələrə qarşı çıxır. Təbii ki Rusiya gələcəkdə Avropanın əsas enerji təchizatçısı olaraq qalacaq. Lakin Rusiya Avropa qanunlarına və normalarına tabe olmalıdır. Rusiya antiinhisar qanunvericiliyinin tələblərini pozmamalıdır", - deyə səfir qeyd edib.

Xəbər 246 dəfə oxundu.