“TAP kəməri İtaliya milli iqtisadiyyatı üçün strateji dəyərə malikdir”
Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında çıxış edən İtaliyanın xarici işlər naziri Paolo Centiloni bildirib ki, İtaliya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini əsirgəməyəcək.
Centiloni Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ölkəsinin Almaniyanın ATƏT-ə sədri kimi səylərini dəstəklədiyini əlavə edib. O, Qafqazda sülh və sabitliyin bərqərar olması və Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv və səmərəli əməkdaşlığı üçün İtaliyanın da çalışmalı olduğunu qeyd edib: “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycanla Aİ arasında yeni və dinamik münasibətlərin qurulmasının böyük əhəmiyyəti var.” İtaliya-Azərbaycan tərəfdaşlığının gücləndirilməsində Trans Adriatik Qaz Boru (TAP) kəməri layihəsinin əhəmiyyətinə toxunun nazir P.Centiloni bu layihənin İtaliya milli iqtisadiyyatı üçün strateji dəyərə malik olduğunu və bu qaz kəməri ilə 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılacağını deyib. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard avro olduğunu bildirən italyan nazir Azərbaycanda italyan məhsullarına tələbatın artdığını, İtaliyanın Azərbaycana öz ixracatını artırmaq, bununla da ticarət dövriyyəsindəki qeyri-tarazlığı aradan götürmək istəyini bildirib: “İki ölkə arasında iqtisadi əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmamalıdır. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var”. İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafının da əhəmiyyətinə toxunan nazir P.Centiloni bu sahəyə Azərbaycan tərəfindən, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqəti də vurğulayıb.


Xəbər 387 dəfə oxundu.