Erməni hərbçilər polisi döyüblər
Ermənistanda 4 zabit hərbi polis əməkdaşını döyüb. 
“News.am”ın verdiyi məlumata görə, Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilir ki, hadisə iyunun 15-də Vardenis şəhərində baş verib. Andranik Matevosyan adlı polis zabitlərin olduğu avtomobili saxlayıb. Bu, zabitlərin xoşuna gəlməyib və mübahisə yaranıb. Nəticədə 4 hərbçi polisi döyüb. 
Hücum edən şəxslər saxlanılıb. Faktla bağlı "dövlət məmuruna qarşı zorakılıq" maddəsi ilə cinayət işçi başlanılıb. Saxlanılan zabitlərin Dağlıq Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi”nin əməkdaşları olduğu deyilir.
Tural

Xəbər 392 dəfə oxundu.