Teatr Muzeyində Xalq artistlərinin yubileyləri qeyd olunacaq
İyunun 24-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq artistləri, Gənc Tamaşaçılar Teatrının qocaman aktyorları Ağaxan Salmanlı və Yasin Qarayevin yubileyləri münasibətilə tədbir keçiriləcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirdə Ağaxan Salmanlının 75, Yasin Qarayevin isə 70 yaşı qeyd olunacaq.
Teatr Muzeyi və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə yubilyarların ömür yolu və yaratdıqları obrazlar haqqında fikirlər səsləndiriləcək, onların rol aldıqları tamaşalardan parçalar nümayiş olunacaq.

Xəbər 288 dəfə oxundu.