Ermənistanda müəmmalı əsgər ölümü
Ermənistanda iyunun 17-də ölən 19 yaşlı əsgər Qrant Qriqoryanın qohumları bu məsələdə komandirləri ittiham ediblər.
 “News.am” saytının verdiyi xəbərə görə, cari ilin aprel ayında əsgər sətəlcəm olub. O, 20 gün xəstəxanada qaldıqdan sonra buraxılmasını xahiş edib. Əsgər yoldaşlarının bildirdiyinə görə, iyunun 16-da, təlimlərdən əvvəl Q. Qriqoryan özünü pis hiss edib, onun hərarəti yüksəlib, öskürməyə başlayıb və komandirinə təlimlərdə iştirak edə bilməyəcəyini söyləyib. Lakin komandir onu təlimlərə göndərib, yolda isə əsgərin vəziyyəti daha da pisləşib.
“Biz onun özünü güllələməsi versiyasına inanmırıq, yanında heç döyüş patronu da olmayıb”, - deyə əsgərin yaxın qohumları bildiriblər.
Artıq əsgərin ölümü ilə bağlı saxlanılanlar var. Onun əsgər yoldaşları da dindirilib.
Qrant Qriqoryan 11 ay hərbi xidmətdə olub. İxtisasca stomatoloqdur
Tural

Xəbər 150 dəfə oxundu.